65 yaşı tamam olacaq müəllimlər ilə bağlı yeni mexanizmlər

Sertifikasiya ilə bağlı bizə ünvanlanan suallardan biri də 60 yaşı tamam olan müəllimlərimizin imtahanlarda iştirakının mümkünlüyü ilə bağlıdır.
Bu barədə Millət Vəkili Vüqar Bayramov məlumat verib.
Qanunvericiliyə edilən və Milli Məclisdə qəbul olunan dəyişikliklərə görə 60 yaşı tamam olan təhsil işçilərinin imtahanlarda iştirakı könüllüdür.
Eyni zamanda, təklif edirik ki, 60 yaşı tamam olmuş və sertifikasiyada iştirak edərək yüksək bal toplayan müəllimlərin 65 yaşı tamam olduqdan sonra onlara daha uzun müddət işləmək hüququ verilsin. Aydındır ki, gənc müəllimlərin işlə təmin olunması priortitetdir. Bununla belə, pensiya yaşı tamam olduqdan sonra peşəkar və sertifikasiya imtahan balları yüksək olan müəllimlərin təhsil sistemində saxlanılması və onların biliklərindən istifadə olunması da vacibdir. Bu baxımdan, 60 yaşı tamam olan və sertifikasiya imtahan balları yüksək müəllimlərə 65 yaşdan sonra pedoqoji fəaliyyətini davam etdirmək imkanın verilməsi məqsədəuyğundur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























