• $
  • €
  • ₽
  • ₺
  • £

Hava şəraiti 2-4 iyulda sabit, əsasən yağmursuz olacaq

Hava şəraiti 2-4 iyulda sabit, əsasən yağmursuz olacaq
02.07.2023 11:25

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, iyulun 02-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 01-i axşamadək davam edib.

İyulun 02-də gecə və səhər əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Qobustanda 10 mm-dək, Astarada 8 mm-dək, Qrızda 6 mm-dək, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.
İyulun 01-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək isti, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 31 dərəcəyədək isti olub.

İyulun 02-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 29-34 dərəcə, Naxçıvan MR-da və aran rayonlarında 31-36 dərəcə, dağlıq rayonlarda isə 17-22 dərəcə isti olacaq.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol