"Tərtər işi"ndə bəraət almış hərbçi maddi və mənəvi ziyan üçün təzminat alacaq

"Tərtər işi” üzrə bəraət almış Emin Aibov ona dəymiş mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə isə 57 min manat təzminat veriləcək. Bu barədə Qafqazinfo saytı yazıb.
Emin Aibov dövlətə xəyanətdə maddələri ilə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2022-ci ilin sonunda bəraət alıb.
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.
Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.
25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.
Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib