• $
  • €
  • ₽
  • ₺
  • £

Quru sərhədlər niyə açılmır? - ŞƏRH

Quru sərhədlər niyə açılmır? - ŞƏRH
03.07.2023 19:17
İyunun 6-da Azərbaycanda xüsusi karantin rejiminin oktyabrın 2-dək uzadılması haqqında Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb. Bu da o deməkdir ki, ölkənin quru sərhədləri oktyabrın 2-dək bağlı olacaq.
 

Bundan əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.
 
ÜST mayın 5-də COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. Amma buna baxmayaraq hələ də Azərbaycanda quru sərhədlər bağlıdır.
 
Millət vəkili Fazil Mustafa pandemiyanı əsas götürərək sərhədlərin bağlanmasını məntiqli hesab etmir.
 
"Hesab edirəm ki, burada təhlükəsizlik səbəbindən sərhədlərin bağlanması nəzərdə tutula bilər. Hər-halda bir virus, hansısa bir təhlükə riski olduğu barədə də müəyyən narahatçılıqlar da ola bilər. İstənilən halda bu barədə məlumat verilməlidir. Çünki vətəndaşlar bu barədə bizə kifayət qədər suallar ünvanlayır və bizdə bu suallara cavab verməkdə çətinlik çəkirik. Bütün hallarda pandemiya dövrü artıq arxada qalıb və pandemiyanı əsas götürərək sərhədlərin bağlanmasını məntiqli hesab etmirəm. Minlərlə insan bundan əziyyət çəkir.Hökumət bu istiqamətdə konkret insanların vəziyyətini yungülləşdirmək üçün təcili addımlar atmalıdır”, - deputat deyib.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi sərhədlərin bağlı olmasını siyasi məsələlərlə əlaqələndirir.
 
"Quru sərhədlərin bağlı olması siyasi məsələ olmaqla yanaşı, hökumətin ölkəni qapalı saxlamaq cəhdlərinin nəticəsidir. Azərbaycan hökuməti ölkəni Şimali Koreya və Türkmənistana çevirmək istəyir və bunun da metodlarından biri sərhədləri bağlamaqdır. Pandemiya səbəbindən heç bir ölkənin sərhədləri bağlı deyil. Ona görə də bu əsaslar yersizdir. Təhlükəsizlik baxımından da sərhədlərin bağlanması məntiqə uyğun deyil, çünki təyyarə ilə sərhəd və yükdaşımalar açıqdır. Sadə vətəndaşın pasportlarını təqdim edərək ölkəyə girib-çıxmasının təhlükə olması heç bir məntiqə uyğun deyil. Ona görə də bütün bunlar yersiz və inandırıcı olmayan əsaslardır”, - o bildirib.
 
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
 
Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol