Söyüdlüdə son vəziyyət necədir?- Kənd sakinlərindən açıqlama

Gədəbəyin Söyüdlü kəndində vəziyyət hələ polislərin nəzarəti altındadır. Bu barədə kənd sakinləri anews.az-a məlumat verib.
Onlar bildirirlər ki, kənd hələ blokadadır.
"Hazırda heç bir aksiya yoxdur. Sadəcə polis nəzarəti var. Nə vaxta qədər belə qalacağımızı bilmirik. Heç bir məlumat verilmir. Biz də proseslərin sonunu gözləyirik. Aksiyaya görə həbs edən şəxsləri də buraxmayıblar.",- kənd sakinləri bildirib.
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edərək mane olmağa çalışıb. Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Kənd sakinləri süni yaradılan gölün regionun ekoloji durumuna təhlükə yaratdığını iddia ediblər. Polislə qarşıdurma zamanı bir qism kənd sakini saxlanılıb. Qarşıdurmanın videosundan polisin aksiyada iştirak edən qadınlara şiddət göstərdiyi görünür.
Bu hadisədən sonra baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir.

Aksiyadan sonra 5 nəfər kənd sakini saxlanılıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib