• $
  • €
  • ₽
  • ₺
  • £

Əsrin ortasına kimi aclıq edənlərin sayı 80 milyon artacaq - BMT

Əsrin ortasına kimi aclıq edənlərin sayı 80 milyon artacaq - BMT
03.07.2023 16:38
Əsrin ortasına qədər aclıqla üzləşən insanlarıns ayı 80 milyon arta bilər. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
 
Volker bunu dünyadakı iqlim dəyişməsi səbəbindən yaranan amillərlə əlaqləndirib. 
 

"2000-ci ildən 2023-cü ilə qədər "qlobal miqyasda iqlim amilləri ilə bağlı təbii fəlakətlərin sayı və daşqınlar 134% artıb. 2021-ci ildə 828 milyondan çox insan aclıqla üzləşib. İqlim dəyişikliyinin bu əsrin ortalarına qədər daha 80 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyacağı proqnozlaşdırılır ki, bu da həqiqətən dəhşətli çarəsizlik və məhrumiyyət miqyası yaradacaq”, – Volker deyib. 
 
Hazırda iqlim dəyişməsinin fəsadları ən çox  Saharadan cənubda yerləşən Afrika, Asiya, kiçik ada dövlətləri, Mərkəzi və Cənubi Amerikada yaşayan insanlar tərəfindən hiss olunur.


"Qlobal istiləşmə sürətləndikcə, bu təsirlər daha böyük və daha güclü olacaq. Heç bir ölkə aman verməyəcək”, - BMT-nin Ali Komissarı xəbərdarlıq edib.
 
BMT-nin son hesabatına görə hazırda dünyada təxminən 258 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var. Bu statistika son yeddi ilin ən yüksək göstəricisidir.
 
Hesabatda təhlil edilən 42 əsas qida böhranı kontekstindən 30-da beş yaşından kiçik 35 milyondan çox uşağın kəskin şəkildə qidalanmadan əziyyət çəkdiyi göstərilir. Bu da uşaq ölümünün artmasında əsas rol oynayır. Hesabatda qeyd olunub ki, beynəlxalq ictimaiyyət qida böhranı baş verdikdə onların təsirlərinə cavab verməkdənsə, bu problemin köklü səbəblərini həll etmək istiqamətində işlər aparmalıdır. Bunun üçün beynəlxalq təşkilatlar, hökumətlər, özəl sektor, regional təşkilatlar, vətəndaş cəmiyyəti və icmalar tərəfindən innovativ yanaşmalar və daha çox koordinasiya tələb olunur.
 

Gülnar Nazimqızı 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol