• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramda Şahdağ Turizm Mərkəzinə gələn qonaqların sayı açıqlanıb

Bayramda Şahdağ Turizm Mərkəzinə gələn qonaqların sayı açıqlanıb
03.07.2023 16:46
Şahdağ Turizm Mərkəzinə Qurban bayramı münasibətilə ümumilikdə 2 min 983 qonaq qəbul edib. Bu barədə Turizm mərkəzinin mətbuat katibi Orxan Bədəlov bildirib.

Onun sözlərinə görə, qeyri-iş günlərində gələn qonaqların 4 min 747 nəfəri turist olub.

Cari ilin yanvar-iyununda turizm mərkəzini 70 minə yaxın şəxs ziyarət edib, hotel xidmətlərindən isə yerli və xarici turist olmaqla 26 minə yaxın qonaq istifadə edib.
 
2022-ci ilin məlumatlarına görə, istirahət mərkəzinə 109 minə yaxın ziyarətçi səfər edib.
 
Ötən il "Şahdağ Turizm Mərkəzi” 8 milyon 687,5 min manat xalis zərər edib. 2021-ci ildə şirkət 6 milyon 343.6 min manat xalis zərər açıqlamışdı.
 
2022-ci ildə "Şahdağ Turizm Mərkəzi”nin cəmi aktivləri 3.2% azalaraq 302 milyon 203.7 min manat, cəmi öhdəlikləri isə 37.3% azalaraq 1 milyon 874 min manat olub.

2023-cü il yanvarın 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır.

"Şahdağ” Turizm Mərkəzi Qusarın mərkəzindən 32 km məsafədə, Şahdağ Milli Parkının yaxınlığında, dəniz səviyyəsindən 1435 - 2552 metr yüksəklikdə yerləşir.
 
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol