• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasi partiyaların qeydiyyat məsələsinə baxılması gözlənilir

Siyasi partiyaların qeydiyyat məsələsinə baxılması gözlənilir
03.07.2023 17:32
Azərbaycanda yaxın günlərdə siyasi partiyaların qeydiyyat məsələsinə yenidən baxılması gözllənilir. Bu barədə Qaynarinfo saytı yazıb. 
 
Bildirilib ki, bununla bağlı partiyalara xəbərdarlıq məktubu göndərilib. 
 
"Siyasi Partiyalar haqqında" qanun qüvvəyə minəndən sonra Azərbaycanda 20-dən çox partiya ləğv olunub. 
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb.
 
Layihəyə görə, ilk dəfə olaraq siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək. Dəyişiklik olaraq siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq.
 
Ədliyyə Nazirliyinin yazılı xəbərdarlığında göstərilmiş pozuntuların vaxtında aradan qaldırılmaması halında siyasi partiyanın fəaliyyətinin apellyasiya məhkəməsinin qərarı ilə 1 ilmüddətinə deyil-əvvəlki layihədə olduğu kimi, indiki layihədə 2 aydan  6 ay müddətinədək dayandırılması nəzərdə tutulub.
 
Dəyilikliyə görə şəxs yalnız bir siyasi partiyanın üzvü ola biləcək. Siyasi partiya üzvlərinin reyestrini müvafiq icra hakimiyyəti aparacaq. Siyasi partiyanın üzvünün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqqının yuxarı həddi minimum əmək haqqının 35 misli-yəni, indiki hesabla 10.500  manatdan artıq ola bilməyəcək. 
 
Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
 
Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır.
 
Partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min endirilib.


"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol