• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya yaşı niyə artırılır? - ŞƏRH

Pensiya yaşı niyə artırılır? - ŞƏRH
03.07.2023 19:35
İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı artırılıb. İndiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü il iyulun 1-dən  bu yaş həddi 63,5-ə qalırılıb. Yaş həddinin artırılması 2017-ci ildə «Əmək pensiyaları haqqında» qanuna edilən dəyişikliklər əsasında baş verir. Həmin dəyişiklilərə görə, yaş həddinin artırılması bundan sonra 2027-ci ilədək davam edəcək.
 

Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq. Nəhayət 2027-ci ildə kişi və qadınlar üçün yaş həddi eyni olaraq 65 yaş olacaq. 
 
Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, hazırda pensiya yaşı Azərbaycan əhalisi üçün optimal deyil.
 
"Eks Sosial Müdafiə Naziri Səlim Müslümovun vaxtında qoyulan 65 yaş həddi haqqında qərar inkişaf etmiş ölkələr ilə müqayisə olunaraq qəbul olunub. Mən vaxtilə də təklif etmişdim ki, Azərbaycanda kişilərin 60, qadınların isə 55 yaşında pensiyaya çıxarılması daha optimaldır və eyni zamanda yeni iş yerlərinin açılması üçün də bu vacib amillərdən biridir. Ola bilsin ki, bu məsələyə gələcəkdə yenidən baxılsın. Vaxtilə Milli Məclisdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmiləri də deyirdilər ki, pensiya islahatı ilə bağlı araşdırmalar gedir və bu məsələ yaxın zamanlarda artıq yekunlaşıb cəmiyyətə təqdim olunacaq. Məncə indiki halda hazırki pensiya yaşı Azərbaycan əhalisi üçün heç də optimal deyil. Ona görə də bu sahədə islahatların keçirilməsinə ehtiyac var.”, - deputat deyib.
 
İqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, Azərbaycanda uzunömürlülük və pensiyanın hesablanmasında uyğunsuzluq var.
 
"Aərbaycanda orta uzunömürlülük yaşı 74-dür. Bütün hallarda orta uzunömürlülük və pensiyanın hesablanması arasında bir növ uyğunsuzluq var. Ona görə ki, yığılmış pensiya kapitalı 144-ə bölünür və aylar üzrə olan pensiyalar hesablanır. Bu rəqəmin 144 olmasının səbəbi odur ki, şəxsin  65 yaşdan sonra 144 ay pensiya alması nəzərdə tutulur və bu 12 ildə olur. Yəni ortalama ömür 77 olarsa bu özünü doğruldur. Amma göründüyü kimi 144 çox böyük bir rəqəmdir. Hesab edirəm ki, bu rəqəm ən az ölçüdə olan orta ömür uzunluğuna uyğunlaşdırılmalıdır. Məsələn şəxsin 74 yaşı varsa, pensiya 9 ilə bölünməlidir. 9  ildə olan ayların sayı isə 108-ə bərabərdir. Bu daha məntiqə uyğundur”, -  ekspert bildirib.
 
 "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
 
Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 
 
Eltac Nurullazadə



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol