• $
  • €
  • ₽
  • ₺
  • £

Sel və daşqınların fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib

Sel və daşqınların fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib
03.07.2023 19:30

İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Bu barədə  Nazirlər Kabinetindən bildirilib.

Müşavirəni açan Baş nazir Ə.Əsədov bildirdi ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçmiş, yağıntıların miqdarı artmış, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub.

Qeyd edildi ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artmış, sel və daşqınlar baş verib.

Təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilmiş, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.

Bildirildi ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənildi, müzakirələr aparıldı.
Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulandı. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edildi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol