Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadın həbs edildi

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.
APA xəbər verir ki, Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir.
Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.
Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib