Azərbaycanda yeni bir zəlzələnin baş vermə ehtimalı yoxdu

Zəlzələnin öncədən olacağını və bununla bağlı proqnoz vermək mümkün deyil. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan hal-hazırda zəlzələ zonasında yerləşmir və güclü zəlzələnin baş vermə ehtimalı yoxdur.
"Gecə saat 00:01-də Xəzər dənizində 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ bütün şimal rayonları, eləcə də Bakı şəhəri də daxil olmaqla Abşeronun müəyyən yerlərində hiss olunmuşdur. Təkanın baş verməsi 10 saniyədən bir qədər artıq çəksə də elə də qorxulu bir fasad törətməmişdir. Zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb. Dünən baş verən təkənların heç bir qorxusu yoxdur. Çünki zəlzələ 65 km dərində baş verib. Bu da təhlükə törədə bilməz. 5.5 maqnitudalı zəlzələdən sonra, ondan güclü yeni bir zəlzələnin baş vermə ehtimalı da yoxdur. Çunki əsas güc və enerji birinci təkanda olur. Amma Azərbaycan da zəlzələ olmayacaq deyə bir şey də yoxdur. Azərbaycanda zəlzələ ola bilər. Amma burada əsas məsələ zəlzələyə davamlı tikililərin keyfiyyətini həyata keçirməkdir", - o bildirib.
www.anews.az

Qurban Yetirmişli bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmasınlar və yalnız rəsmi orqanların yaydığı xəbərlərə güvənsinlər.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib