Dərmanların qiymət və kefiyyəti arasında fərq var - Deputat

Azərbaycanda dərmanların qiymət və kefiyyət arasında fərq var. Bunu deputat Etibar Əliyev deyib.
"Bizə elə gəlir ki, kefiyyətli dərman baha olmalıdır. Bu elə olmalı deyil. "Dərman vasitələri haqqında" qanun yaranmış problemləri xeyli aradan qaldıra bilər. Biz dünya pratikasından çox Türkiyə pratikasından istifadə edə bilərik. Aldığımız dərmanlardan beşinin üçü Türkiyə istehsalıdır. Amma yenə də qiymətlər Türkiyədəkindən 2,5 dəfə çoxdur", - deputat Milli Məclisin Səhiyyə Komitəsinin 4 iyul tarixində keçirilən iclasında bildirib.
Millət vəkili apteklərdə "nisyə dəftəri"nin olmasından da danışıb.
"Mən apteklərdə nisyə dəftərləri görmüşəm. Bunun belə olmasını istəmirik", - Etibar Əliyev söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























