İcbari tibbi sığortaya yeni xidmətlər daxil ediləcək

Nazirlər Kabinentinə İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfi təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın zamanda paketin təsdiqlənəcəyi gözlənilir.
"Yeni zərfdə ürək-damar xəstəliklərinin siyahısı genişləndirilib. Əvvəlki zərfdə olmayanlar yeni paketə salınıb və tam əhatə olunub. Ürək-damar xəstəlikləri üzrə heç bir xəstəlik kənarda qalmayıb. Vətəndaşlar bundan tam istifadə edə biləcəklər. Yeni zərfdə böyrək və qaraciyər köçürülməsi nəzərdə tutulub. Bunu il ərzində həyata keçirməyi nəzərdə tuturuq”,- Zaur Əliyev əlavə edib.
Zazur Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir. Bunun üçün mobil tətbiq də istifadəyə verilib. Gələcəkdə həkim qəbulunun vaxtı da mobil tətbiq vasitəsilə olacaq və növbə gözləməyə ehtiyac qalmayacaq.
Onun sözlərinə görə, agentlik daim xidmətlər zərfinin təkmilləşdirilməsi, artırılması, əhaliyə daha çox xidmətin göstərilməsi ilə bağlı iş görür.
2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib.
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir.
İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir.
İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























