• $
  • €
  • ₽
  • ₺
  • £

Vəhhabilərin toplaşdığı məkan dağıdıldı

Vəhhabilərin toplaşdığı məkan dağıdıldı
12.03.2014 10:50
Bir müddət əvvəl mətbuata müsahibəsində öz evini sumqayıtlı sələfilərin məscidi kimi istifadəsinə verdiyi açıqlayan Zöhrab Şıxəliyev yeni bir məscid tikmək arzusunda olduğunu bildirmişdi. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, ötən həftə Zöhrabın yaşadığı Saray qəsəbəsindəki evinin yaxınlıında iki traktorun toqquşması nəticəsində qəza baş verib. Qəza nəticəsində traktorlardan biri yoldan çıxaraq Zöhrabın yaşadığı evin həyətinə girib. Maraqlı məqam isə bundan sonra baş verib. Hadisə yerinə gələn polis həyətdə evdən bir qədər aralıda böyük bir tikili aşkarlayıb. (hasar o qədər hündürdür ki, həyəti görmək olmur) Məlum olub ki, Zöhrab bu tikilini qanunsuz olaraq tikir. Zöhrab iddia edib ki, bu tikili onun evinə əlavə olaraq tiklir. Amma maraqlıdır ki, 3 mərtəbəli villası olan Zöhraba yeni ev nəyə lazım imiş? Qanunsuz tikili rayon icra hakimiyyətinin sərəncamı ilə sökülüb. Söküntü işləri başlayanda hətta ağır texnika çətinliklə üzləşib. Dəmir-beton konsturuksiyalar o qədər möhkəm tökülüb ki, sanki ev deyil hündürmərtəbəli bina tikiləcəkmiş. İddiaya görə, Zöhrab həyətindəki yeni tikilidə 1000 nəfər rahat şəkildə toplaşa bilər. Zöhrabın evinə toplaşan vəhhabilər üçün “qeyri-formal məscid” rolunu oynayan bu tikilidə demək olar ki, hər cür şərait yaradılması üçün ilkin layihələr olub. Yəqin ki, gələcəkdə Zöhrab arzusunda olduğu məscidə elə buranı çevirmək fikrində imiş.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol