Quru sərhədlərin bağlanmasının COVİD-19 ilə əlaqəsi yoxdur - səhiyyə nazirinin müavini

Azərbaycanda quru sərhədlərin bağlı saxlanılması ilə ölkədə mövcud epidemioloji vəziyyət arasında bağlılıq yoxdur. Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov anews.az-a açıqlamasında deyib.
"Gündəlik statistikanı hər kəs görür. Yoluxma halları çox cüzidir. Epidemioloji vəziyyətlə bağlı sıxıntı yoxdur."Quru sərhədlər niyə açılmır?" sualının cavabı Operativ Qərargahdadır", - nazir müavini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Qərargahın tərkibinə baş nazir və digər nazirlər daxildir.
Son statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 2 nəfər olub. Ümumilikdə 365 nəfər test verib. Ölkə üzrə ümumi yoluxanların sayı 831950, ölənlərin sayı isə 10 283 nəfər təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























