Xəzərdə neft və qaz istismarı yeni zəlzələ ocaqları yarada bilərmi?

Xəzər dənizində neft və qaz istismarının zəlzələ ocağı yaratmaması üçün qabaqlayıcı tədbirlər görülür. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
O, bildirib ki, neft və istismarı zamanı əsas məsələlərdən biri balansın qorunmasıdır.
"Dənizdə neft və qazın istismar olunması nəticəsində zəlzələ ocaqları yarana bilməz. Orada proses gedərkən balans düzəlir. Çünki həmin yerdə aşağı təzyiqli laylar var. Quyularda nefti çıxardıqdan sonra oraya fülyutlar vurulur ki, həmin təzyiq və balans eyniləşsin. Bu da həmin ərazilərdə zəlzələ ocaqlarının yaranmasının qarşısını alır", - o bildirib.

İyulun 4-də gecə saatlarında Xəzərdə 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xaçmaz şəhərindən 80 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakıda və ölkənin bir sıra rayonlarında hiss olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda yaxın vaxtlarda qorxulu, dağıdıcı zəlzələ gözlənilmədiyini deyib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib