Azərbaycanda 4 dərman fabrikinin istehsalına icazə verilib-DEPUTAT

Azərbaycanda Ələt İqtisadi Zonasında 4 dərman fabrikinin istehsalına icazə verilib. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
www.anews.az
"Məndə olan məlumata görə artıq 4 dərman zavodunun istehsalına icazə verilib. Birinin isə artıq inşasına başlanılıb. Bu müsbət addımdır. Bu fakriklərin işə düşməsi Azərbaycanda dərmanlarla bağlı olan problemi qismən də olsa aradan qaldıra bilər. Ölkədə dərmanlarla bağlı problem onunla bağlıdır ki, biz dərman istehsal etmirik”, - deputat iyulun 4-də Milli Məclisin səhiyyə komitəsinin iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























