• $
  • €
  • ₽
  • ₺
  • £

Özü bir şeyi bilməyən müəllim şagirdə nə isə öyrədə bilməz- EKSPERT

Özü bir şeyi bilməyən müəllim şagirdə nə isə öyrədə bilməz-  EKSPERT
04.07.2023 21:13
Azərbaycanda 2022-ci ilin qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb. Bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
 
Keçən il abituriyentlərin 42.8 faizi imtahandan "2”, 22.0%-i "3”, 25.6%-i "4”, 9.6%-i isə "5” qiymət alıb.
 
Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74%) 100-150 bal intervalında nəticə göstərib.
 
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu gün Azərbaycan təhsili repititorlardan asılı vəziyyətdə qalıb.

"Hal-hazırda ölkənin 4432 orta ümumitəhsil məktəbində 1.6 milyon şagird təhsil alır və bir tədris ilində bizim orta ümumitəhsil məktəblərimizi 85 minə yaxın şagird bitirir. Onlar arasında 9-cu sinif məzunlarının sayı 130 mindən çoxdur. Təbii ki, qiymətləndirməyə cəlb edilən şagirdlərin nəticələri orta ümumitəhsil məktəblərindəki tədrisin keyfiyyətindən xəbər verir. Düzdü burada müxtəlif yanaşmalar var, yəni 9 və 11-ci sinifin buraxılış imtahanlarının nəticələri, həmçinin qəbul imtahanlarının nəticələri tam olaraq orta ümumitəhsil məktəblərinin güzgüsü hesab edilsə də, burada nəticələrin aşağı olmasının bir neçə səbəbi var. Xüsusəndə oxuma, yazma bacarıqlarının olmadığını əks etdirən nəticələr var. Bu da çox ciddi məsələdir. Abituriyentlərə təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi də nəticələrə çox ciddi təsir edir. Digər tərəfdən uşaqların hamısı ali məktəbə getmək istəmir. Bu da bir məsələdir. Ümumiyyətlə heç bir təhsil sisteminin səviyyəsi müəllimin biliyindən artıq deyil. 2014-2018-ci illərdə müəllimlərin diaqnostik imtahan nəticələri və Azərbaycanda 2022-ci ildə keçirilən, eyni zamanda 4 bölgə üzrə 11 min müəllimin iştirak etdiyi sertfikasiyanın imtahanının nəticələrini təhlil edərkən görürük ki, 11 min nəfərdən 2800 müəllim keçid balını toplaya bilməmişdir. Təbii ki, özü bir şeyi bilməyən müəllim şagirdə nəsə öyrədə bilməz. Bu gün Azərbaycan təhsil sistemi repititorlardan asılı qalıb. Kimlərki hazırlıq kurslarının xidmətindən yararlana bilirsə, onların tədris göstəriciləri yaxşı olur. Bu prosesdən qıradan qalanların nəticələri isə əksər hallarda aşağı olur. Bu problem daha çox bölgələrlə bağlıdır. Xüsusən Saatlı, Xocalı, Gədəbəy, Quba, Masallı kimi ərazilərdə bu problem var. Bununda əsas səbəbi odur ki, burada yerləşən məktəblər mərkəzdən kifayət qədər aralıda yerləşir və burada repititor və hazırlıq kurslarının xidmətləri geniş yayılmayıb. Biz bəzən görürük ki, mərkəzdə yerləşən məktəblərin də nəticələri elə ürəkaçan olmur. Təbii ki, burada birinci səbəb müəllimlərin bilik və bacarıqlarının zəif olmasıdır. Digər səbəb isə dərsliklərlə bağlıdır, çünki dəsrliklər öyrədici fuksiynı yerinə yetirmir. Şagirdlər repititor və kurslar olmadan o dərslikləri mənimsəyə bilmirlər. Bu da ümumi nəticələrin aşağı olmasına gətirib çıxarır. Başqa bir məsələ isə təhsilin idarə olunmasıdakı ciddi boşluqla bağlıdır. Qiymətləndirmə məsələlərində ciddi problemlər var. Amma bunu aradan qaldırmaq mümkündür. Dövlət İmtahan Mərkəzi və yaxud müstəqil qurumlar ildə bir dəfə hər sinif üzrə monitorinq imtahanları keçirməlidir və müəllimlər müstəqil qurum tərəfinfən obyektiv şəkildə şagirdlərin nəticələrini yoxlaya bilərlər. Bu 3-cü sinifdən başlayaraq 11-ci sinifə qədər hər il edilməlidir”, ekspert bildirib.
 
 
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, orta təhsil müəssisələrində şagirdlər öz biliklərinə uyğun qiymətləndirilmir.
 
"Təhsil müəssisələrində konkret olaraq mövcud kurikulum təhsil sistemində dərslər keçirilməsinə baxmayaraq, şagirdlər hələ də müvafiq olaraq Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul proqramına uyğunlaşa bilmirlər və nəticədə də məktəbdə keçirilən dərslərlə şagirdlər kifayətlənmirlər. Bu gün mövcud olan müsbət göstəricilər repititor və hazırlıq mərkəzlərinin hesabınadır. Əgər onlar olmasa, bu göstəricilər həddindən artıq aşağı olar. Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4432 təhsil müəssisəsi var. Bunların hər birində ilk növbədə pedeqoji heyyət mövcud təhsil sisteminə daha yaxından bələd olmalı, şagirdlər əlavə biliklərlə yüklənməməli və onlara daha çox lazım olan biliklər verilməlidir ki, qarşıdakı dövr ərzində keçirilən imtahanlarda şagirdlər çətinlik çəkməsin. Əsas problemlərdən biri odur ki, şagirdlərin məktəb qiymətləri ilə qəbul imtahanının nəticəsi biri-birinə heç cür uyğun gəlmir. Şagirdlər öz biliklərinə uyğun qiymətləndirilmir. Ötən il 23 mindən çox abituriyent ümumi olaraq 100 bal həddini keçməmişdi. Bu da onu deməyə əsas verir ki, təhsil müəssisələrində verilən bilik konkret olaraq Dövlət İmtahan Mərkəzində keçirilən imtahanlarla üst-üstə düşmür. Bu istiqamətdə aidiyyatı qurumlar, əsasən də Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan regional təhsil idarələri daha diqqətlə çalışmalıdırlar", - o deyib.
 
2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44.3%, 20.3%, 25.5%, 10% olub. Keçən il "2” və "5” qiymət alanların faizi nisbətən azalıb, "3” və "4” qiymət alanların faizi isə nisbətən artıb. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.
 
Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol