Səhiyyə nazirinin müavini dərmanların baha olmasını 4 əsas səbəblə əlaqləndirdi

Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bir
sıra faktora əsaslanaraq tənzimlənir. Bunu səhiyyə nazirinin müavini Rasim
İsmayılov deyib.
"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi nəinki Azərbaycanda bir çox bazar iqtisadiyyatının formalaşdığı ölkələrdə - inkişaf etmiş ölkələrdə eyni metodla tənzimlənir. Birinci faktor ondan ibarətdir ki, qiymətini müqayisə etdiyimiz dərman vasitəsi müqayisə etdiyimiz ölkənin daxili istehsalıdır yoxsa idxalla həmin ölkəyə gəlib. İstənilən ölkədə istehsal olunan hər hansı bir əmtəə daxili bazarda satış üçün fərqli, ixrac üçün fərqli qiymətlərlə tənzimlənir. Bu əmtəə strateji əhəmiyyətlidirsə buna xüsusi yanaşma var. Biz adətən dərman qiymətlərini Türkiyə ilə müqayisə edirik. Bu gün Azərbaycan təbii qaz istehsalçısıdır. Azərbaycan öz vətəndaşlarına təbii qazı Tarif Şurasının qərarı ilə bir qiymətə satır. Baxaq ki, xaricə satdığımız qiymət də həmin qiymətdirmi? Əsla deyil. Xaricə təbii qaz satılanda beynəlxalq birjalarla, dünya bazarlarında qiymətlərlə tənzimlənir. Onda o məntiqlə Türkiyə vətəndaşları deyə bilərlər ki, niyə görə təbii qaz Azərbaycanda daha ucuzdur, nəinki Türkiyədə. Burada daxili istehsala fikir yönətmək istəyirəm. Dizelin qiyməti ilə isə ümumiyyətlə kəskin fərq var”, - nazir müavini bildirib.
"Bu da birinci faktorla əlaqəli
olan məsələdir. Əgər hər hansı bir ölkə özünün daxili tələbatının böyük hissəsini
daxili istehsal hesabına təmin edirsə, bu ölkədə onların qiymətlərinin daxili tələbatı
90% -dan çox idxal hesabına formalaşan qiymətdən sözsüz ki, fərqli olacaq”, - nazirlik
rəsmisi söyləyib.
Səhiyyə nazirinin müavini üçüncü faktor kimi dərman vasitələrinin qiymət tənzimlənməsi mexanizmlərinin və ona tətbiq olunan vergilərin dərəcələri ilə bağlı olduğunu açıqlayıb.
"Çox fərqli vergi dərəcələri var. Azərbaycanda 18%, bəzi ölkələrdə ümumiyyərlə bu vergi yoxdur. Bəzi ölkələrdə 20%-dir. Türkiyədə 10%-dir. Buna da mütləq fikir vermək lazımdır. Qiymətləri müqayisə etdiyimiz dərman vasitəsi biz molekul formuluna görəmi müqayisə edirik, bu həmin eyni istehsaldırmı yoxsa Avro ölkəsinin istehsalıdırmı? yoxsa Amerika istehsalıdırmı? Bu gün MDB ölkələrində istehsal olunan hər hansı bir dərman vasitəsini götürüb Avropa dövlətlərində eyni molekula, eyni tərkibdə müqayisə etsək kəskin fərq olacaq”, - o bildirib.
Sonuncu əsas qiymət fərqi müqayisə olunan ölkələrin əhali sayına görə müəyyən olunması ilə izah olunub.
"İstehsalçılar sifariş sayına uyğun olaraq satış qiymətini müəyyən edirlər. Bu birmənalı iqtisadi qanunlardan biridir. Əhalisi çox olan ölkə ilə az olan ölkə arasında kəskin fərq var . Bu saya görə də qiymətlər hər bir ölkəyə fərqli müəyyən olunur. Eyni zamanda əgər həmin ölkədə əhali sayı çox olan ölkədə daxili istehsal varsa da bu daha bir fərqli yanaşmadır. Çünki daxili istehsalını qorumaq üçün ölkələr xaricdən idxalın qarşısının alınmasına maliyyə,vergi və qeydiyyat elementləri ilə çalışırlar ki, məhdudlaşdırsınlar”, - Rasim İsmayılov vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi nəinki Azərbaycanda bir çox bazar iqtisadiyyatının formalaşdığı ölkələrdə - inkişaf etmiş ölkələrdə eyni metodla tənzimlənir. Birinci faktor ondan ibarətdir ki, qiymətini müqayisə etdiyimiz dərman vasitəsi müqayisə etdiyimiz ölkənin daxili istehsalıdır yoxsa idxalla həmin ölkəyə gəlib. İstənilən ölkədə istehsal olunan hər hansı bir əmtəə daxili bazarda satış üçün fərqli, ixrac üçün fərqli qiymətlərlə tənzimlənir. Bu əmtəə strateji əhəmiyyətlidirsə buna xüsusi yanaşma var. Biz adətən dərman qiymətlərini Türkiyə ilə müqayisə edirik. Bu gün Azərbaycan təbii qaz istehsalçısıdır. Azərbaycan öz vətəndaşlarına təbii qazı Tarif Şurasının qərarı ilə bir qiymətə satır. Baxaq ki, xaricə satdığımız qiymət də həmin qiymətdirmi? Əsla deyil. Xaricə təbii qaz satılanda beynəlxalq birjalarla, dünya bazarlarında qiymətlərlə tənzimlənir. Onda o məntiqlə Türkiyə vətəndaşları deyə bilərlər ki, niyə görə təbii qaz Azərbaycanda daha ucuzdur, nəinki Türkiyədə. Burada daxili istehsala fikir yönətmək istəyirəm. Dizelin qiyməti ilə isə ümumiyyətlə kəskin fərq var”, - nazir müavini bildirib.
Rasim İsmayılov ikinci faktoru dərman vasitəsi üzrə özünün daxili tələbatının
necə faizini daxili istehsalla təmin edilməsi ilə əlaqələndirib.
Səhiyyə nazirinin müavini üçüncü faktor kimi dərman vasitələrinin qiymət tənzimlənməsi mexanizmlərinin və ona tətbiq olunan vergilərin dərəcələri ilə bağlı olduğunu açıqlayıb.
"Çox fərqli vergi dərəcələri var. Azərbaycanda 18%, bəzi ölkələrdə ümumiyyərlə bu vergi yoxdur. Bəzi ölkələrdə 20%-dir. Türkiyədə 10%-dir. Buna da mütləq fikir vermək lazımdır. Qiymətləri müqayisə etdiyimiz dərman vasitəsi biz molekul formuluna görəmi müqayisə edirik, bu həmin eyni istehsaldırmı yoxsa Avro ölkəsinin istehsalıdırmı? yoxsa Amerika istehsalıdırmı? Bu gün MDB ölkələrində istehsal olunan hər hansı bir dərman vasitəsini götürüb Avropa dövlətlərində eyni molekula, eyni tərkibdə müqayisə etsək kəskin fərq olacaq”, - o bildirib.
Sonuncu əsas qiymət fərqi müqayisə olunan ölkələrin əhali sayına görə müəyyən olunması ilə izah olunub.
"İstehsalçılar sifariş sayına uyğun olaraq satış qiymətini müəyyən edirlər. Bu birmənalı iqtisadi qanunlardan biridir. Əhalisi çox olan ölkə ilə az olan ölkə arasında kəskin fərq var . Bu saya görə də qiymətlər hər bir ölkəyə fərqli müəyyən olunur. Eyni zamanda əgər həmin ölkədə əhali sayı çox olan ölkədə daxili istehsal varsa da bu daha bir fərqli yanaşmadır. Çünki daxili istehsalını qorumaq üçün ölkələr xaricdən idxalın qarşısının alınmasına maliyyə,vergi və qeydiyyat elementləri ilə çalışırlar ki, məhdudlaşdırsınlar”, - Rasim İsmayılov vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























