Azərbaycanla Pakistan arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında keçirilən görüşdə Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
Agentlikdən verilən məlumata görə, görüşdə Fuad Nağıyev son dövrlərdə Pakistandan gələn ziyarətçilərin sayında artımın olmasını, Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə Pakistanda keçirilən beynəlxalq turizm sərgilərində iştirak haqqında məlumat verərək təbliğat tədbirlərinin davam etdiriləcəyini qeyd edib.
S.Hüsseyn Turi Azərbaycanla Pakistan arasında turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, turizmin müxtəlif növləri barədə, xüsusilə dağ turizmi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə iki dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























