• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq deputat Söyüdlüdəki aksiyaya görə saxlanılıb - Vəkil

Sabiq deputat Söyüdlüdəki aksiyaya görə saxlanılıb - Vəkil
04.07.2023 21:52
Azərbaycanın sabiq deputatı Nazim Bəydəmirli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə görə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə vəkil Aqıl Lahıc öz facebook hesabında yazıb.

Nazim Baydəmirli Milli Məclisin III çağırış Gədəbəydən seçilən deputatı olub.
 
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
 
İyunun 21-i isə kəntdə polislərlə sakinlər arasında növbəti dəfə qarşıdurma yaşanıb. Kənd sakinləri aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub.
 
Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kəntdə monitorinqlərin keçirilməsi davam edir. 
 
Milli Məclisin deputatları Söyüdlüdəki hadisəni kimlərsə tərəfindən bilərək keçirildiyini bəyan edib. Deputatlar müəyyən qüvvələrin əli olduğunu və bilərək vətəndaşla-polisi üz-üzə qoymaq məqsədi olduğunu qeyd edib. 
 
Aksiyadan sonra 5 nəfər kənd sakini saxlanılıb. 
 
Gülnar Nazimqızı
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol