Direktorların işə qəbulunun müsahibə mərhələsi bu tarixdə baş tutacaq

Direktorların işə qəbulunun müsahibə mərhələsi iyulun sonunda baş tutacaq. 50 faiz nəticə göstərənlər müsahibəyə çağırılır. Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Təhsil masasında bildirib.
"İmtahanda 60 bal test tapşırığı əsasında veriləcək. Daha sonra 10 müsahibə sualı olacaq və 5 balla qiymətləndiriləcək. Ümumi bal isə 100 baldır. İyunun sonuna kimi müsahibə mərhələsi baş tutacaq. Bu prosesi Nazirlik tərəfindən yaradılan komissiya tərəfindən təşkil olunacaq",- şöbə müdiri əlavə edib.
Hazırda 400-ə yaxın məktəbdə direktor vəzifəsi üzrə vakant yer var.
Eşqi Bağırovun sözlərinə görə, böyük məktəblərə daha çox təyinatlar olacaq. Hazırda direktor vəzifəsini icra edən yerlərdə boş vakansiyalar siyahısına daxildir
Direktorların işə qəbul imtahanının müddəti 90 dəqiqə olacaq.
Aytac Zeynalova
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























