Azərbaycanın müasir seysmoloji xəritəsi niyə yoxdur?

Azərbaycanın seysmoloji xidməti tərəfindən ölkənin müasir tələblərə cavab verən seysmoloji xəritəsi hazırlanmayıb. Bunu ekoloq Telman Zeynalov bildirib.
"Azərbaycanda elmi məhv ediblər.
Bu yaxınlarda prezidentin sərəncamı ilə bütün elmi ocaqları özünümaliyyələşdirmə
sisteminə keçirilib. Çox maraqlıdır ki, bunları kim maliyyələşdirəcək. Müasir tələblərə
cavab verən seysmoloji xəritələrin hazırlanması seysmoloji xidmət tərəfindən həyata
keçirilir. Bunu da həyata keçirmək üçün avadanlıqlar olmalıdır və onların vasitəsi
ilə yerin səthi, həmçinin dənizin dibi öyrənilməlidir. Bu avadanlıqlarda
onların əlində yoxdur. Ona görə hələ də bu xəritələr hazırlanmayıb. Bu
avadanlıqları da almaq üçün dövlət tərəfindən maliyyə ayrılmalıdır. Amma çox təəssüf
ki, bu maliyyə ayrılmır, yalnız kommersiyaya pul ayrılır. Bu avadanlıqlar
olmadığına görə, bakıda tikilən binalara seysmoloji xidmət tərəfindən əvvəlcədən
verilən rəylər də mənasızdır. Bu da onu deməyə imkan verir ki, Bakıda tikilən
binalar güclü zəlzələyə hazır deyil. Hal-hazırda Azərbaycan güclü zəlzələ zonasındadır,
çünki Qafqaz dağları ən cavan dağlardır və hələ tam formalaşmayıblar. Ona görə
də orada istənilən vaxt zəlzələ baş verə bilər”, - seysmoloq bildirib.
Seysmoloq Ənvər Əliyev isə indiki vaxtda müasir xəritənin hazırlanmasını mümkünsüz hesab edir.
"Əslində yeni xəritə hazırlanıb,
amma məsələ burasındadır ki, o xəritə biraz
əvvələ aid xəritədir. Əgər bir ölkənin ərazisinin 20 faizi nəzarətsiz qalıbsa,
onun mükəmməl və müasir tələblərə uyğun xəritəsini hazırlamaq mümkün deyil.
Çünki, o xəritəni tərtib etmək üçün orada mütləq seysmoloji stansiyalar
quraşdırılmalıdır ki, mükəmməl informasiya əldə etmək mümkün olsun. Amma təəssüf
ki, bu hələ mümkün deyil. Məndə olan məlumatlara görə bu işi həyata keçirmək
üçün cihazlar alınıb. Amma bizim ərazilərimiz tam nəzarətə keçməsə və orada mükəmməl
seysmoloji stansiyalar quraşdırılmasa, tələb olunan yüksək səviyyəli xəritəni
hazırlamaq çətin olacaq. Xəritə aparılmış tədqiqatların nəticəsində yaranır. Yəni
tədqiqat nə qədər mükəmməl olarsa, xəritədə bir o qədər keyfiyyətli olur. Azərbaycanda
tikilən binaların konstrukiyasında, məsafələrin qorunmasında, və digər detallar da dünya standartlarına, iri şəhərlərin şəhərsalma qaydalarına uyğun olsa, istənilən
zəlzələdən heç bir dağıntısız və ziyansız çıxmaq olar. Xüsusilədə Bakı kimi
güclü seysmik zonada olmayan şəhərdə bunu rahatlıqla söyləmək olar. Hal-hazırda son xəritədə də göründüyü kimi bakı güclü zəlzələ zonasında yerləşmir. Ümumiyyətlə Bakı
şəhəri aktiv və dağıdıcı, eyni zamanda həddindən çox insan tələfatına səbəb
olan zəlzələlərin siyahısında yoxdur”, - o vurğulayıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur.
Onun sözlərinə görə, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub.
Bu xəritənin hazırlanması iyulun 4-də saat 00:01-də Xəzər dənizində yerin 20 km dərinliydə maqnitudası 5.7 bala bərabər zəlzələ baş verəndən sonra aktuallaşıb.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilir ki, təkanların episentri Xaçmaz rayonunun 80 kilometrliyində olub.
Yeraltı təkanlar Azərbaycanın bir sıra rayonlarında, o cümlədən paytaxt Bakıda hiss olunub.
Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə əlaqədar olaraq hər-hansı bir dağıntı və təlafatın olmadığını bildirib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























