• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmətdən yayınmaq üçün saxta arayış verilməsi ilə bağlı iş açıldı

Hərbi xidmətdən yayınmaq üçün saxta arayış verilməsi ilə bağlı iş açıldı
05.07.2023 18:29
Saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı "Asangroup Xaricdə Təhsil” adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Siruz İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol