5 ayda cərimələnən motosiklet və moped sürücülərinin sayı açıqlanıb

2023-cü ili 5 ayında paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
2022-ci ildə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs cərimələnib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat cərimə nəzərdə tutulub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























