Sosial şəbəkələrdə qeyri-ciddi məsələlər gündəm olur- Deputat/VİDEO

Azərbaycanda ciddi məsələlər müzakirə olunmadığı üçün sosial şəbəkələrdə qeyri-ciddi məsələlər gündəm olur. Bunu deputat Fazil Mustafa deyib.
www.anews.az
"Məsələn Azərbaycan universitetlərini top siyahıda görmədik. Qazaxısatanın isə 21 universiteti o siyahıda idi. Necə olur ki, 30 il ərzində biz bunu edə bilmədik. Daha sonra Naxçıvana bilet məsələsi. Vətəndaşlar bilet tapa bilmirlər. Niyə? Ortada korrupsiya məsələsi var. Təyyarələr daha baha qiymətlərlə başqa ölkələrin uçuşlarına yönləndirilir. Biz başa düşməliyik ki, Naxçıvan blokadadır. Orada yaşayan əhali üçün gediş-gəlişi əlçatan etməliyik”, - deputat iyulun 6-da Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























