Azərbaycanda son 15 il ərzində 2000-dən çox insan vətəndaşlıq alıb

Azərbaycanda son 15 ildə 2000-dən çox insan vətəndaşlıq alıb. Bunu Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
"Hələ də dünyada və ölkəmizdə vətəndaşlığı olmayan insanlar var. BMT-dən verilən statistikaya əsasən dünyada ən az 10 milyon insanın heç bir ölkədə vətəndaşlığı yoxdur və bunun 3%-i uşaqlardır. Azərbaycanda son 15 ildə 2000-dən çox insan vətəndşlıq alıb, 6000 nəfərin isə vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilib”, - Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyinin Bakıdakı tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşsızlığı aradan qaldırmaq üçün 2 istiqamətdə tədbirlər görür. Bunun birincisi beynəlxalqdır. Azərbaycan MDB ölkələri arasında BMT-nin 1954 və 1961-ci illərdə vətəndaşsızlıq üzrə qəbul edilən konvesiyalara qoşulan ilk ölkədir.
"Bu gün dövlət miqrasiya xidmətinin saytında 7/24 çalışan yeni qaynar xətt var. Vətəndaşlığı olmayan şəxslər bu qaynar xəttə yazaraq hüquqi yardım ala bilər. Eyni xamanda Dövlət Miqrasiya Xidməti bu problem üçün xüsusi işçi qrupu qurub və vətəndaşlığı olmayan insanların sayının azalması istiqamətində iş aparır", - Hüseynov vurğulayıb.
Ermənistanın etnik təmizləməsi nəticəsində bir çox adamlar vətəndaşlıqsız qalıb. Azərbaycan həm də bu şəxslərin vətəndaşlıq almağına kömək edir.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























