• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi Rusiyanın Azərbaycanda məktəb açması xəbərinə münasibət bildirib

Təhsil Nazirliyi Rusiyanın Azərbaycanda məktəb açması xəbərinə münasibət bildirib
06.07.2023 17:46
Azərbaycan Respublikası Təhsil Nazirliyi Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycanda Rusiya məktəblərinin açılması ilə bağlı bəyanatına qeyri müəyyən cavab verərək xəbəri təsdiq , nə də inkar etməyib.  Bu barədə nazirliyin mətbuat xidmətindən anews.az-ın sorğusuna cavab daxil olub.  bildirib.
 
"Sorğunuzla bağlı məsələlər həllini tapdığı halda bu barədə ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada qeyd olunub.
 
Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanda rus kurikulumu və dərsliklərini tətbiq edəcək məktəblərin açmaq arzusunda olduğunu  ifadə edib. O bildirib ki, belə məktəblərin açılması üçün 2022-ci il Türkmənistanla müqavilə imzalanıb və həmin ölkədə artıq 5 belə məktəb fəaliyyət göstərir.  Nazir müavini söyləyib ki, eyni məktəblərin açılması üçün Azərbaycan və Ermənistanla danışıqlar aparılır.
 
Dövlət Dumasının MDB İşləri Komitəsi bu yaxınlarda məsələ ilə bağlı layihə təqdim edərək Rusiya hökumətini MDB ölkələrində rusdilli məktəblərin tikintisini, rusdilli müəllimlərin hazırlanmasını sürətləndirməyə və vahid təhsil sisteminin inkişaf etdirməyə çağırıb.
 
Hazırda Azərbaycanda 334 orta məktəbdə tədris rus dilində aparılır. Bu məktəblərdə təxminən 159 mindən çox  şagird rus dilində təhsil alır.
 
Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəb yoxdur. Respublikanın qalan bütün şəhər və rayonlarında rus bölməsi olan məktəblər fəaliyyət göstərir. Belə olan hallarda Rusiya kurrikulumu ilə çalışan məktəblərin açılmasına, tarix, ədəbiyyat kimi humanitar fənnləri Rusiyada hazırlanmış dərsliklərdən keçirilməsinə nə ehtiyac var?

Milli Məclisin Beynılxalq məsələlər üzrə komitəsinin üzvü Elman Nəsirov deyir ki, bu cür məktəblər Sovet dövründə olub və indiki dövrdə belə məktəblərin açılmasına ehtiyac yoxdur.
 
"Bu xəbəri mətbuatdan oxumuşam. Təsdiqlənmiş məlumatım yoxdur.  Ermənistan Rusiyadan asılı dövlətdir və belə bir qərar vermək öz işidir. Azərbaycan isə müstəqil ölkədir. Rusiya ilə strateji və digər mövzularda mövqelərimiz üst-üstə düşsə də bu addımı doğru hesab etmirəm”, - deputat söyləyib.
 
Milllət vəkili bildirib ki, Azərbaycanda onsuz da 300-dən çox məktəbdə rus dilində tədris var. Əlavə rus məktəblərin açılması və tədrisin oradan gətirilməsinə lüzum yoxdur. 
 
Milli Məclisin Təhsil komitəsinin üzvü Anar İsgəndərov hesab edir ki, belə bir qərarın olması iki dövlət arasında münasibətləri səmimiləşdirmir.
 
"Əgər Rusiyanın hər hansı bir məmuru belə bir fikir irəli sürübsə bu Azərbaycanın daxili işinə qarışmaqdır. Azərbaycan müstəqil döövlətdir. Üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan dili ilə yanaşı digər dillərdə də tədris var. Onsuz da ölkəmizdə rus dilində tədris alanların sayı kifayət qədərdir. Yəni necə ola bilər ki, əlavə rus dilində dərsliklər Rusiyadan gətirilməklə burada keçirilsin? Bu nə qədər məntiqlidir? Belə çıxır ki, Rusiyada da Azərbaycan məktəbləri yaradılmalıdır və dərsliklər Azərbaycandan oraya aparılmalıdır. Bu iki dövlət arasında səmimiyyət yaratmır, əksinə birinin o birinə yuxarıdan baxmasına sövq edir ki, bu da səhvdir. Rusiyanın hər hansı ölkə ilə belə sövdələşməsi nəticəsində məktəbləri açılıbsa bu həmin dövlətin daxili işidir”, - deputat qeyd dib. 
 
Təhsil məsələləri üzrə ekspert Elmin Nurinin fikrincə, hazırda Azərbaycan təhsilinin özünün bütün reallığı ilə, yaxşı-pis, mənfi-müsbət cəhətləri ilə rus kurikulumuna qəti ehtiyacı yoxdu.
 
"Məsələnin hətta siyasi detallarını, milli motivlərini bir kənara qoyub, yalnız pedaqoji aspektdən yanaşsaq, yenə də bu bizim üçün uğurlu heç nə vəd etmir. Çağdaş dünya təhsilinin inkişaf strategiyası, tədqiqatyönümlü, həyati tətbiq bacarıqları üzərində qurulan kurikulum metodları Rusiyanın özünəməxsus tədris metodlarından - rus kurikulumdan bir xeyli irəlidədir. Ola bilsin, Tacikistan üçün bu keçərli sayılsın, amma bu gün Azərbaycan məktəbləri kurikulum metodikasından nə qədər uzaq olsalar da belə daha böyük təcrübələrdən yararlanmaq gücündədirlər. Baş nazir müavinin dediyi rus kurikulumun özü Avropa təcrübəsi hesabına formalaşan, onlardan yararlanmış, həm də qismən yararlanmış tədris metodudur. Özəyini sovet təhsil ənənəsi təşkil edən bir metodika əsasında açılacaq məktəblərə zərrə qədər ehtiyacımız yoxdur”, - ekspert bildirib.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol