Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 2 nəfər sağalıb, ölən yoxdur.
İndiyədək ölkədə ümumilikdə 831 955 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 663 nəfər müalicə olunaraq sağalıb, hazırda 8 aktiv xəstə var. Bu günə qədər 10 284 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 66 vaksin vurulub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 610 olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























