• $
  • €
  • ₽
  • ₺
  • £

Hər bir sahibkar satdığı məhsula görə iki il zəmanət verməlidir - RƏSMİ

Hər bir sahibkar satdığı məhsula görə iki il zəmanət verməlidir - RƏSMİ
10.07.2023 16:05
Sahibkar satdığı məhsula ən azı iki il zəmanət verməlidir.  Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

Onun sözlərinə görə,  sahibkar satdığı məhsula iki il müddətində zəmanət verməlidir. 
 
"Bəzən sahibkarlar müraciət edən vətəndaşlara deyirlər ki, biz məhsula görə zəmanət vermirik, ancaq, qızıl zəmanət veririk. Buna görə də vətəndaşlardan əlavə pul alırlar. Bu zaman bilmək lazımdır ki, istənilən bir məhsul iki il müddətində zəmanətli sayılır. Bu mülkü qanunvericiliyin tələbidir. Yəni sahibkar heç bir məhsula zəmanət vermədiyini deyə bilməz. Onun belə bir hüququ yoxdur. Əgər, daha qısa müddətli zəmanət nəzərdə tutularsa, bu rəsmi sənədlərə söykənməlidir. Hal-hazırda da əksər şirkətlər artıq bunu elektronlaşdırıblar. Burada əsas məsələ qızıl zəmanətlə bağlıdır. Hansı ki qızıl zəmanət adi zamanətə aid deyil. O, əlavə zəmanət hesab olunur. Yəni qanunun bizə verdiyi istehsal xarakterli qüsurların aradan qaldırılması ilə bağlı zəmanət pul qarşılığında vətəndaşa satılmalı deyil. Vətəndaşa o zəmanət satılmalıdır ki, o, həmin adi öhdəliklərdən daha artıq olsun", -  dövlət rəsmisi bildirib.
 
Qaraşov həmçinin bildirib ki, vətəndaş hər-hansı bir məhsulu alırsa, onun texniki pasportunu tələb etmək hüququ var. Bu pasportların olmaması artıq müəyyən məsuliyyət tədbirlərinin tətbiq olunmasına əsas yaradır.
 
Eltac Nurullazadə

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol