• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdaşda narkotikə görə 25 nəfər saxlanılıb

Ağdaşda narkotikə görə 25 nəfər saxlanılıb
08.07.2023 09:31
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayəti törədən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib, ümumilikdə 25 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, "Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər zamanı rayon ərazisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan 16 nəfər tutulub. Onların yaşadıqları evlərin həyətyanı sahələrində, çöllük və qəbiristanlıq ərazilərində aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri külli miqdarda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində isə Ağdaş rayonu ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən daha 8 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Keçirilən digər əməliyyat-istintaq tədbirləri zamanı isə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən xalçalar və digər məişət əşyaları oğurlayan rayon sakini tutulub. Araşdırma zamanı həmin şəxsin zərərçəkmişin yaxın qohumu, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Vüsal Gözəlov olduğu müəyyən edilib.

V.Gözəlov ifadəsində ələ keçirdiyi əşyaları dəyərindən dəfələrlə ucuz qiymətə ayrı-ayrı şəxslərə satdığını bildirib.

Davam etdirilən tədbirlərlə həmin əşyalar satdığı şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol