• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli ekoloqlar nazirdən onları Söyüdlüyə buraxmağı tələb edib

Yerli ekoloqlar nazirdən onları Söyüdlüyə buraxmağı tələb edib
09.07.2023 19:39

 

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək naziri koalisiyanın üzvü olan ekoloqlardan ibarət nümayəndə heyətinin Söyüdlü kəndi ərazisinə yollanmasına yardımçı olmağa çağırıb. Bu barədə koalisiyanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə ünvanladığı məktubda bildirilir. 

 

" İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" Koalisiyası olaraq indiki həssas məqamda Söyüdlü kəndi ərazisində yerləşən qızıl mədəni tullantıxanası ətrafında yaranmış vəziyyəti, xüsusilə, hasilat prosesinin sosial və ekoloji təsirlərini, şirkət və yerli icma əlaqələrinin real durumunu qiymətləndirmək üçün bu regiona koalisiyamızın ekspertlərindən ibarət monitorinq qrupunun səfərini təşkil etməyə yardımçı olmağınızı və ən yaxın zamanda Söyüdlü hasilat sahəsi ətrafında baş verənləri, eləcə də, ölkənin digər dağ-mədən sənayesi, xüsusilə, işğaldan azad edilən bölgələrdə yerləşən mədən sənayesi ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə görüş üçün vaxt ayırmağınızı Sizdən rica edirik”, - müraciətdə bildirilib. 

 

Müraciət sahibləri həmçinin Müxtar Babayevin rəhbərliyi ilə yaradılan komissiyada ictimaiyyət üzvlərinin olmamasından da narahatlıqlarını ifadə ediblər.

 

"İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası olaraq bir neçə dəfə mədən sənayesi bölgələrində, xüsusilə, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədən sənayesi sahələrindəki real durumun qiymətləndirməsi, o cümlədən, bu ərazilərdə həyata keçirilən hasilat prosesi zamanı ətraf mühitə və ekoloji vəziyyətə dəyən təsirlərin qiymətləndirilməsi məqsədilə bu ərazilərə səfər etmək və obyektiv monitorinqlər keçirmək istəyimizi bəyan etmiş, aidiyyatı dövlət qurumlarından bizim istəklərimizin reallaşması üçün lazım olan dəstəyin verilməsini xahiş etsək də, lakin təəssüflə qeyd edirəm ki, hər dəfə etdiyimiz müraciətlər diqqətə alınmamışdır”, - məktubda qeyd olunub. 

 

Ekoloqların fikrincə, son zamanlar Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazi vahidində yerləşən qızıl mədənində formalaşan tullantıxana və qızıl email zamanı 45 hektar ərazidə yaradılması nəzərdə tutulan ikinci süni gölün ətrafında yaranmış durum narahatlıq doğurur. 

 

Bir qrup kənd sakini sözügedən ərazidə yerləşən və daha çox qızıl mədəninin tullantıxanası üçün istifadə edilən süni gölə axıdılan təhlükəli kimyəvi maddələrin, xüsusilə sianid tərkibli suların bütövlükdə ətraf mühitə, həmçinin, bu regionun ekoloji vəziyyətinə, o cümlədən, bu ərazidə yaşayan insanların sağlamlığına ciddi mənfi təsir göstərdiyini əsas gətirərək etiraz aksiyası keçirmiş və bu aksiyanın əraziyə cəlb edilmiş polis qüvvələri tərəfindən qeyri sivil formada qarşısı alınıb.

 

Dinc sakinlərlə polis qüvvələri arasında yaranmış qarşıdurma zamanı bəzi polis əməkdaşlarının kənd sakinlərinə, xüsusilə də, yaşlı qadınlara qarşı aşırı güc tətbiq edib, bir çox insan həbs olunub və kəndin giriş-çıxışlarında polis nəzarət məntəqələri qurulub. 

 

Yaranmış vəziyyətlə bağlı iyun ayının 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərliyi ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. 

 

Koalisiya üzvləri komissiyanın ilkin rəyində yer almış bəzi məsələlərdən xüsusi narahatlıq keçirdiklərini bildirib.

 

"Komissiyanın İlkin rəyində istifadə olunan sianidin(NaCN) hidrogen peroksid(H2O2) vasitəsilə zərərsizləşdirilməsi qeyd olunur ki,bu dünyada tətbiq olunan metoddur. Lakin bu proses qapalı çənlərdə və 3 ay müddətində həyata keçirildiyindən ilkin rəylə bağlı müəyyən suallar doğurur.Çünki süni göldə olan və həcmi bilinməyən sianid qarışıq maye məhlulun peroksidlə zərərsizləşdirilməsi praktiki mümkün deyil”, - ekoloqlar vurğulayıb.

 

N.Təbrizli

 

 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol