Məmməd və Məhəmməd adlarına qadağa qoyulmayıb - RƏSMİ

Məmməd və Məhəmməd adlarının uşaqlara verilməsinə hər hansı qadağa qoyulmayıb. Bu barədə Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Anews.az-a bildirib.
"Biz Məmməd və Məhəmməd adlarının uşaqlara verilməsinə qadağanın qoyulması barədə heç bir açıqlama verməmişik. Bizim Terminologiya Komitəsi kimi buna ixtiyarımız yoxdur. Adlar qeydiyyat idarələri tərəfindən verilir, biz vermirik. Sadəcə olaraq adların yazılması ilə bağlı qeydiyyat idarələrindən bizə müraciət edirlər ki, bu adlar necə yazılır və biz bununla bağlı cavab veririk. Bizim ixtiyarımız yoxdur ki, hansısa adı qoymağə qadağa edək”, - Sayalı Sadıqova bildirib.
www.anews.az

O həmçinin söyləyib ki, bu məsələ ilə bağlı müzakirələr 2015-də olub.
"2015-ci ildə adların yazılışı ilə bağlı müzakirələr aparılıb. Məmməd yazılsın ya Məhəmməd, amma bu müzakirə 2015-də olub. O müzakirələr zamanı müəyyənləşib ki, bu ad iki formada yazıla bilər. Məmməd adı iki "m" hərfi ilə yazılır", - dilçi alim bildirib.
Onun sözlərinə görə, Məhəmməd adı Azərbaycanda ən çox qoyulan adlardandır. 2015-ci ildən indiyədək mindən çox uşağa Məhəmməd adı verilib.
Dünən yerli mediada Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovaya istinadən Məmməd adının yei doğulan uşaqlara verilməsinə qadağa qoyulması barədə xəbərlər yer alıb. Həmin xəbərlərdə Asan Xidmətdən bu adların düzgün yazılışı ilə bağlı tez-tez sorğu daxil olduğuna görə, onlara qadağanın qoyulduğu bildirilib.
Sayalı Sadıqova bu xəbərin təmamilə yanlış olduğunu vurğulayıb.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib