• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan Uşaq Gənclər Yaradıcılıq Mərkəzində müəllimlərdən pul yığılır- İDDİA

Naxçıvan Uşaq Gənclər Yaradıcılıq Mərkəzində müəllimlərdən pul yığılır-  İDDİA
10.07.2023 16:48
Naxçıvandakı Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində (UGYM) büdcədən ayrılan pulların mənimsənildiyi, müəllimlərdən qanunsuz pul yığılması iddia edilib. Bu barədə "Gündəlik Naxçıvan”a mərkəzdə çalışan müəllimlər məlumat verib.

İddiaya görə, mənimsənilən vəsaitin yerinin doldurulması üçün müəllimlərdən məcburi qaydada pul yığılır.

"Mərkəzin rəhbərliyi dərnəklərə yazılan pulları mənimsəyir, onlara etiraz edən, qanunsuz əməllərinə tabe olmayan müəllim və işçilərə təzyiq edir. Deyirlər ki, bizlik deyil, yuxarıdan nə deyirlərsə, onu edirik. Dövlət hər il keçirilən "STEAM Təhsil Festivalı”ına vəsait ayırsa da, həmin pullar mənimsənilir. Sonra isə müəllim və işçilərdən 30 manat pul gətirmək tələb olunur. Sonuncu festivalda pul yetmədiyi üçün əlavə 50, 100 manatdan pul yığmaq tələb olundu. Etiraz edənlər olduğu üçün iş Təhsil Nazirliyi səviyyəsinə qalxdı”,- müəllimlər bildirib.

Müəllimlər deyib ki, məsələ böyüyüb, şikayətlər Naxçıvan MR Təhsil Nazirliyi səviyyəsinə çatdıqdan sonra gözdən pərdə asmaq üçün, pul yığımını müvəqqəti dayandırmaq tapşırığı verilib, lakin ara sakitləşəndən sonra yenə öz işlərinə davam ediblər

"Təhsil naziri deyib ki, elə edin ki, pul söhbətinin səsi çıxmasın. Amma müvəqqəti. Bir müddət sonra pul yığımı davam etdi. Könüllü gətirən gətirsin, deyib, yığmağa davam etdilər. Bu işlərin başında nazirlik özü dayanır. Pulu yığıb, bir qismini ora ötürürlər”.

Müəllimlər bildirib ki, festivallarda uşaqların geyinməsi üçün nəzərdə tutulan formaları belə onlara aldırırlar. Festivaldan sonra isə həmin formalar şagirdlərin əlindən alınır.

"Tək bu deyil. Mikrofon, səsgücləndirici və müəyyən avadanlıqlar almaq adı ilə də müəllimlərdən məcburi pul yığılır. Məsələn, sonuncu festivalda səsgücləndirici üçün müəllimlərdən ümumilikdə 1000 manat pul yığılıb",müəllim bildirib.

Naxçıvan şəhər UGYM-dən müəllimlərin iddialarına cavab verilməyib.

Naxçıvan MR Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Novruz Məmmədov müəllimlərin iddialarını təkzib edib. O bildirib ki, mərkəzin müəllimlərindən qanunsuz pul yığılması və buradakı büdcə mənimsəmələri ilə bağlı verilən informasiyalar həqiqəti əks etdirmir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol