• $
  • €
  • ₽
  • ₺
  • £

Müstəqil ekoloqların Söyüdlüdə monitorinq aparmaq istəyi müzakirə olunur - RƏSMİ

Müstəqil ekoloqların Söyüdlüdə monitorinq aparmaq istəyi müzakirə olunur -  RƏSMİ
10.07.2023 17:34
Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyada müstəqil ekspertlərin iştirakı ilə Mədən Sənayesində Şəffaflığın Artırılması ilə bağlı QHT Koalisiyasının müraciətinə  baxılıb və  yaxın vaxtlarda məktuba cavab veriləcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
 
"Müraciət ötən iş günü daxil olub, rəsmi qaydada  məktuba cavab veriləcək. Monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyada müstəqil ekspertlər iştirak etməyib", -  İbrahimova bildirib.  

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək naziri koalisiyanın üzvü olan ekoloqlardan ibarət nümayəndə heyətinin Söyüdlü kəndi ərazisinə yollanmasına yardımçı olmağa çağırıb.
 
Müraciət sahibləri həmçinin Müxtar Babayevin rəhbərliyi ilə yaradılan komissiyada ictimaiyyət üzvlərinin olmamasından da narahatlıqlarını ifadə ediblər.

Ekoloqların fikrincə, son zamanlar Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazi vahidində yerləşən qızıl mədənində formalaşan tullantıxana və qızıl email zamanı 45 hektar ərazidə yaradılması nəzərdə tutulan ikinci süni gölün ətrafında yaranmış durum narahatlıq doğurur. 

Bir qrup kənd sakini sözügedən ərazidə yerləşən və daha çox qızıl mədəninin tullantıxanası üçün istifadə edilən süni gölə axıdılan təhlükəli kimyəvi maddələrin, xüsusilə sianid tərkibli suların bütövlükdə ətraf mühitə, həmçinin, bu regionun ekoloji vəziyyətinə, o cümlədən, bu ərazidə yaşayan insanların sağlamlığına ciddi mənfi təsir göstərdiyini əsas gətirərək etiraz aksiyası keçirmiş və bu aksiyanın əraziyə cəlb edilmiş polis qüvvələri tərəfindən qarşısı alınıb.
 
Dinc sakinlərlə polis qüvvələri arasında yaranmış qarşıdurma zamanı bəzi polis əməkdaşlarının kənd sakinlərinə, xüsusilə də, yaşlı qadınlara qarşı aşırı güc tətbiq edib, bir çox insan həbs olunub və kəndin giriş-çıxışlarında polis nəzarət məntəqələri qurulub. 
 
Yaranmış vəziyyətlə bağlı iyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərliyi ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. 

 
Aytac Zeynalova
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol