Laçın sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq dayandırılıb - DSX

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) çərşənbə axşamı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 1-5 arasında BQXK-nın avtomobilləri tərəfindən bəyan edilməmiş mobil telefonlar,siqaret və benzin qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub.
Açıqlamada qeyd olunub ki, qanunsuz keçirmələrlə bağlı BQXK-nın rəsmi kanalları vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görülməyib.
Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəəruri tədbirlər görülməsi açıqlanıb və qeyd olunub ki, Laçın buraxılış məntəqəsindən keçid müvvəqəti olaraq dayandırılıb.
2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb.
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılmışdı.
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılmışdı.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























