Universitetlərimizin acınacaqlı durumu ilə bağlı prezidentə məlumat verilməlidir - Deputat

Dünyanın QS reytinqində(World University Rankings) Azərbaycan universitetlərinin acınacaqlı durumu ilə bağlı prezidentə məlumat verilməlidir. Bunu deputat Etibar Əliyev deyib.
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı tələbələr tərəfindən kütləvi şəkildə səsləndiriləndə facebook səhifəmdə rektor Mustafa Babanlını istefaya çağırmışdım. Bu çağrışımda digər səbəbləri: Universitetdə baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiyanı da əsas gətirmişdim. Universitetdə əcnəbi tələbələrin təhsilinə nəzarət demək olar ki, itirilmişdi", - deputat öz facebook hesabında paylaşıb edərək bildirib.
İyulun 10-da prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa babanlı vəzifəsindən azad olunub.
Babanlı 2015-ci ildən həmin universitetin rektor vəzifəsini icra edib.
İyulun 6-da deputat Fazil Musta Milli Məclisin növbədənkənar iclasında çıxışında Azərbaycan universitetlərinin vəziyyətinə toxunaraq bildirib ki, Azərbaycan universitetlərinin top siyahıda adının olmaması acınacaqlıdır.
Deputat Qazaxıstanı nümunə çəkərək vurğulayıb ki, Qazaxıstan top siyahıya düşən 21 universitet var. Amma Azərbaycan 30 ildə bir univetsitetin də adını həmin siyahıya sala bilməyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























