• $
  • €
  • ₽
  • ₺
  • £

2050-ci ilə qədər dünya əhalisi 10 milyard nəfərə çatacaq - BMT

2050-ci ilə qədər dünya əhalisi 10 milyard nəfərə çatacaq - BMT
11.07.2023 13:36
2050-ci ilə qədər dünya əhalisinin sayı təxminən 9,7 milyard nəfərə çatacaq. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Bölməsi məlumat verib.  
 
2050-ci ilə qədər Hindistan və Çindən sonra Nigeriyanın dünyanın ən çox əhalisi olan üçüncü ölkəsi olacağı və digər ölkələrin isə ABŞ, Pakistan, İndoneziya, Braziliya, Konqo Demokratik Respublikası, Efiopiya və Banqladeş olacağı gözlənilir.
 
Bu proqnozlara əsasən, dünya əhalisinin 2080-ci illərdə təxminən 10,4 milyard nəfər olacağı və 2100-cü ilə qədər bu səviyyədə qalacağı ehtimal olunur.
 
BMT dünya üzrə əhalinin statistikasını hər il 11 iyul Ümumdünya Əhali Günü ərəfəsində açıqlayır.  Bu tarix  1990-cı ildə təsis edilib və 90-dan artıq ölkədə qeyd edilir.
 
 2005-ci ildən etibarən Azərbaycanda da Ümumdünya Əhali Günü geniş şəkildə qeyd olunur. .
 
Məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
 
BMT-nin hesablamalarına görə, son bir ildə dünya əhalisinin sayı rəsmi olaraq səkkiz milyarda çatıb və Hindistan Çini ötərək dünyanın ən sıx məskunlaşdığı ölkə olub.
 
Statistikaya əsasən dünya əhalisi artmaqda davam etsə də, ümumi artım tempi get-gedə aşağı düşür.
 
Eltac Nurullazadə
 
 
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol