• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda I yarımildə vergi ödəyicilərinin sayı açıqlanıb

Azərbaycanda I yarımildə vergi ödəyicilərinin sayı açıqlanıb
11.07.2023 15:36
2023-cü ilin birinci yarısında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 285 975 şəxs qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət məlumat verib.
 
Məlumata görə, onlara 538 603 sayda xidmət göstərilib ki, bunlardan 147 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 127 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 87,7 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

- bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;

- vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;


- fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- "ASAN İmza” sertifikatlarının verilməsi;

- vergi ödəyicilərinə arayışların verilməsi;

- vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- fiziki şəxsin uçotdan çıxarılması.

6 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 13,8 mindən çox yazılı müraciət cavablandırılıb, 7 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 862 mindən yuxarı SMS göndərilib.

Hesabat dövründə 1 823 vergi ödəyicisinin iştirakı ilə 138 görüş keçirilib, 2 375 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
 
2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.
 
Ötən il qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol