• $
  • €
  • ₽
  • ₺
  • £

“Gilan Holding”in adı dəyişib

“Gilan Holding”in adı dəyişib
11.07.2023 17:36
Vaxtı ilə ölkənin ən böyük şirkətlərindən biri olan "Gilan Holding” MMC adını dəyişib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Gilan Holding” MMC "Xəzri Solutions” MMC-yə (VÖEN-1400725191) çevrilib.
Qeyd edək ki, MMC-nin hüquqi ünvanında heç bir dəyişiklik baş verməyib.
 
Şirkət əvvəllər olduğu kimi yenə də Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh., 466-da yerləşir.

Onu da bildirək ki, uzun müddətdir "Gilan Holding” MMC-yə Muradov Cəmil Tahir oğlu rəhbərlik edib. Ötən il Cəmil Muradovu Hüseynov Mübariz Əhmədağa oğlu əvəzləyib. Şirkətin nizamnamə kapitalı isə 98,5 milyon manatdan 100 manta kimi azaldılıb.

Məlumat üçün onu da bildirək ki, vaxtı ilə "Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvləri rəhbərlik ediblər. "Gilan Holdinq”ə bağlı şirkətlər ölkədə Kəmaləddin Heydərovun şirkətləri kimi tanınıb. Cəmil Muradovun da Kəmaləddin Heydərovun xalası oğlu olduğu bildirilir.

Son zamanlar Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan onlarla şirkət ləğv olunaraq digər şirkətlərə qoşulublar. Ləğv olunan şirkətlərin əksəriyyəti "Paşa Holdinq”ə bağlı olan şirkətlərə birləşib.






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol