DSMF-nin xərcləri artıb

2023-cü ilin altı ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 3 milyard 9 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 418 milyon manat çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Həmin dövrdə DSMF gəlirləri isə ötən ilin müvaffiq dövrü ilə müqayisədə 197 milyon manat çox olmaqla 3 milyad 271 milyon manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyununda proqnoza nisbətən 198 milyon manat artaraq 2 milyard 531 milyon manat olub.
DSMF-nin 2022-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 548,8 milyon manat və ya 10,6 faiz çox olmaqla 5726,4 milyon manat təşkil edib. Həmin gəlirlərin 4580,5 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da əvvəlki illə müqayisədə 19,1 faiz və ya 733,2 milyon manat çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























