• $
  • €
  • ₽
  • ₺
  • £

Müayinələrin aparılması üçün Söyüdlüyə beynəlxalq şirkətlər gələ bilər

Müayinələrin aparılması üçün Söyüdlüyə beynəlxalq şirkətlər gələ bilər
12.07.2023 16:57
Gədəbəyin Söyüdlü kəndində müayinələrin aparılması üçün ölkəyə beynəlxalq şirkətlər gələ bilər. Bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
 
"Bununla bağlı danışıqlar aparılır. İyunun sonunda müayinələrin aparılmasına başlanılacaq"- nazir bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən  brifinqdə deyib.
 
Nazir vurğulayıb ki, ikinci anbarının tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq,  şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub.
 
"Bu barədə razılıq əldə olunub və Nazirlər Kabinetinə təklif veriləcək. Sabah komissiyanın iclası gözlənilir", - nazir söyləyib. 

Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri barədə danışarkən bildirib ki, Gədəbəy rayonun Söyüdlü kəndində baş verənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığı üzündən baş verib. Ölkə başçısı Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapışırıq verərək deyib ki, bir həftə ərzində həm ictimaiətə həm də prezidentə hadisələrin yekunu nəticələri ilə bağlı açıqlama verilsin. 

İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə müdaxilə edib.
 
İyunun 21-i isə kəntdə polislərlə sakinlər arasında növbəti dəfə qarşıdurma yaşanıb. Kənd sakinləri aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub.
 
Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol