• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Partlayıcı sursatlara dair Avropa-2023 seminarı keçirilir

Azərbaycanda Partlayıcı sursatlara dair Avropa-2023 seminarı keçirilir
12.07.2023 23:18
Azərbaycanda "Partlayıcı sursatlara dair Avropa-2023” seminarı keçirilir.

Seminar, Böyük Britaniyanın təhlükəsizlik məsələləri ilə bağlı tədbirlərin keçirilməsi sahəsində ixtisaslaşmış "lnteligence-Sec” şirkəti tərəfindən hər il dünyanın müxtəlif ölkələrində təşkil edilir.
 
Qeyd olunan seminar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq əsasında həyata keçirilir.

ANAMA-dan  bildirilib ki, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin, 40-a yaxın beynəlxalq ekspertin iştirak etdiyi tədbir, partlayıcı sursatların təmizlənməsində əməliyyat metodologiyaları, təlim imkanları, müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi və əməkdaşlıqların möhkəmləndirilməsi baxımında əhəmiyyətli rola malikdir.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov tədbirdə çıxış edərək, partlayıcı sursatlara dair beynəlxalq seminarın bilik və təcrübə mübadiləsi, bu sahədə yeni həll üsullarının tətbiqi ilə dünyada təhlükəsiz mühitin yaradılması istiqamətində vacib platforma olduğunu qeyd edib.

Eyni zamanda, Agentliyin İdarə rəisi Ramil Əzizov ölkəmizdə mövcud mina problemini, təmizləmə metodologiyalarını, habelə humanitar minatəmizləmə fəaliyyəti ilə əlaqəli şəkildə aparılan bərpa və yenidənqurma fəaliyyətini əks etdirən prezentasiya təqdim edib.

Seminarda keçirilən panel müzakirələrdə minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün dəstək imkanları istiqamətində fikir mübadilələri aparılıb. Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycanın səyləri və təşəbbüslərinin minalarla çirklənmiş ölkələr üçün əhəmiyyətli olduğu vurğulanıb.

Tədbirin iyulun 13-də Füzuli rayonunda keçirilməsi nəzərdə tutulub. Səfər çərçivəsində nümayəndələr Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, eləcə də minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol