• $
  • €
  • ₽
  • ₺
  • £

Aqil Abbas: “Mənim oğlum o tərbiyənin yiyəsi deyil ki, kimisə döysün”

Aqil Abbas: “Mənim oğlum o tərbiyənin yiyəsi deyil ki, kimisə döysün”
11.03.2014 17:51
“Mənim oğlum o tərbiyənin yiyəsi deyil ki, kimisə döyüsün”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas polis rəisi vəzifəsində çalışan oğlu Tuncay Abbasovun öz işçisini döyməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, oğlunun kimisə döyməsi barədə KİV-də gedən məlumatlar şər və böhtandır: “Mən bu barədə əlavə heç nə demək istəmirəm. Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənsəniz, yaxşı olar”. Deputatın oğlu, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov da APA-ya bu barədə danışmaq istəməyib: “Əməkdaşımın mənim haqqımda dediklərinə münasibət bildirmək istəmirəm. Bu barədə nə öyrənmək istəyirsinizsə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, mətbuatda yayılan həmin məlumatlar araşdırılaraq, ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, “Qafqazinfo” 30-cu Polis Bölməsinin rəisi T. Abbasovla həmin bölmənin işçisi, polis mayoru Bağır Səlimov arasında dava düşməsi barədə məlumat yayıb. Məlumata görə, davanın baş verməsinə səbəb Bağır Səlimovun Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimovun qəbuluna öz rəisi Tuncay Abbasovdan xəbərsiz  getməsi olub.  Qəbuldan çıxandan sonra Tuncay Abbasov Bağır Səlimovu döyüb. Hadisə kameraların yaddaşına da düşüb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol