Ötən ay Bakı metrosu 17 milyon sərnişin daşıyıb

2023-cü ilin iyununda "Bakı Metropoliteni" QSC 525 min 292-si ödənişsiz olmaqla, 16 milyon 992 min 534 sərnişinə, yaxud orta statistik hesabla gün ərzində 566 min 418 nəfərə daşıma xidməti göstərib.
Bu barədə "Report"-un sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, bu, koronavirus (COVID-19) pandemiyasına qədər ən çox sərnişin daşınan 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6 %-ə yaxın, ötən ilin iyuna nisbətən isə 4 %-ə yaxın azalma deməkdir.
Ötən ay ən çox sərnişin iyunun 9-da (688 min 138 nəfər), ən az isə sərnişin isə iyunun 28-də (352 min 559 nəfər) daşınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























