Əhalinin gəlir və xərcləri üst-üstə düşürmür?

2023-cü ilin yanvar-iyununda ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% artaraq 37871,1 milyon manat və ya hər nəfərə orta hesabla 3734,8 manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin sərəncamında qalan gəlirləri 33424,9 milyon manat təşkil edib.
Əhalinin nominal gəlirlərinin artan əhali qiymətlərdən və aldıqları maaşdan razıdırlarmı?
Bununla bağlı sosial şəbəkələrdə müşahidə apardıq.
Əmrah Hüseynov adlı istifədəçi yazır:
"Marketdə işləyirəm və 400 manat maaş alıram. 100 manat kirayə pulu verirəm və üstəlik kredit ödəyirəm. Yemək-içməyimə demək olar ki, pul qalmır. İstədiyim vaxt özümə paltar ala bilmirəm. 8-9 saat işləsəm də aldığım maaş həddindən artıq çox aşağıdır”.
Natiq Məmmədov adlı istifadəçi yazır:
"3 ildir firmada işləyirəm. 500 manat maaş alıram. Ailədə 4 nəfərik və yalnız mən işləyirəm. Bu aydan o biri aya güclə dolanırıq. Bu maaşla yaşamaq yox, ancaq sürünmək olur”.
Sevinc İbrahimova adlı istifadəçi isə hər şeyin çox baha olmasından narazıdır.
"Maaşlar qalxır, amma qiymətlər ondan iki dəfə çox qalxır. Maaş artımı ilə qiymət artımı heç cür üst-üstə düşmür. Ona görə maaşların az miqdarda qalxması problemləri düzəltmir. Öncə qiymətlərə nəzarət etmək lazımdır. Mən 1000 manat maaş alıram, amma ayın axırına bu puldan heç nə qalmır".
İqtisadçı ekspert Rəşad Hüseyn bildirir ki, bazarlarda olan inhisarçılığa görə, əhalinin gəlirləri ilə xərcləri arasında qeyr-mütənasiblik var.
"Ukrayna-Rusiya arasında baş vermiş müharibə eləcə də qlobal güclər arasında baş verən münaqişələr region ölkələri ilə yanaşı Azərbaycana da təsirsiz ötüşməyib. Demək olar qiymət artımı hər gün müşahidə edilməkdədir. Xüsusilə ərzaq məhsullarında bu özünü daha qabarıq göstərir. Yay mövsümünün olması meyvə-tərəvəzlərin qiymətinə çox təsir etməsə də payız mövsümünə doğru artım müşahidə ediləcək. Bunun qarşısını almaq üçün dövlət müəyyən tədbirlər görür, lakin bazarda olan inhisarçılar qiymət artımına daha böyük təsir göstərir. Bu da əhalinin gəlirləri ilə xərcləri arasında qeyri-mütənasibliyin artmasına səbəb olur. Qiymətlər artır, lakin əmək haqlarında heç bir dəyişiklik olmur, nəticə olaraq da əhalinin sosial-rifah səviyyəsi aşağı düşür. Məsələn deyək ki, son vaxtlar "Əmək pensiyaları haqqında" qanunda pensiyaların hesablanması illik orta əmək haqqına mütənasib qaydada hesablandı ki, bu da növbəti ildə pul kütləsinin artması nəticəsində infilyasiyanın yüksəlməsinə səbəb oldu. Yəni bu gün əmək haqlarının artırılması ilə bağlı da qanun qəbul edilsə, bazar iştirakçıları arasında kifayət qədər rəqabətliliyin təmin edilməməsi nəticəsində görülmüş tədbilərin effekti o qədər də hiss edilməyəcək. Dövlət digər metodlarla məsələn uçot dərəcələrini artırmaqla vəziyyətə müdaxilə edir. Rəqabətsizlik şəraitində görülmüş tədbirlər qısa müddət öz təsirini göstərir. ", - o deyib.
Ekspertin sözlərinə görə, istehsal müəssisələrinin sayının artırılması, regionlarda iş yerlərinin açılması əhalinin gəlirlərinin yüksəlməsini şərtləndirən amillərdəndir.
"Ümumiyyətlə, əhalinin 2023 cü il üzrə orta aylıq əmək haqqına baxdıqda təxminə 760 manatdan bir qədər yüksəkdir. Amma bu rəqəm əhalinin orta yaşayış səviyyəsini təmin edirmi sualı maraq doğurur. Çünki, əhalinin yerləşməsindən asılı olaraq bu rəqəm dəyişə bilir. Buna görə də bunu dəqiq hesablamaq mümkün deyil. Şəhərdə, xüsusilə də Bakı şəhərində bir ailənin normal tələblərini qarşılayacaq səviyyədə olan gəlir, ucqar regionlarda olan tələbdən fərqlidir. Əhalini yaşayış yerlərinə görə 3 qrupa (şəhər, rayon mərkəzləri və kənd) bölə bilərik. Hər bir qrup üzrə tələb fərqlidir. Məsələn kənd yerlərində əhali öz gəliri ilə yanaşı (əmək haqqı, pensiya sair) təsərrüfatından həm gəlir əldə edə bilir, həm də öz tələbatının bir hissəsini ödəmiş olur. Lakin şəhər əhalisi üçün bu keçərli deyil. Bütün tələblər pul ilə qarşılandığı üçün daha çox gəlirin olması lazımdır. Düşünürəm ki, son illər həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində, istehsal sahələrinin və ticarət əlaqəqələrinin genişləndirilməsi ilə gələcəkdə əhalinin gəlirlərinin artmasını müşhidə etmək mümkün olacaq. İstehsal müəssisələrinin sayının artırılması, regionlarda iş yerlərinin açılması və eyni zamanda inhisarçılıqla mübarizəni genişləndirib sərtləşdirməklə daha yüksək nəticələr əldə etmək mümkündür", ekspert vurğulayıb.
Azərbaycanda minimum əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Bu səbəbdən vergi ödəyiciləri minimum əmək haqqı məbləğində əmək haqqı alan işçilərdə artım etməlidir.
Həmçinin "Sosial sığorta haqqında" fərdi sahibkarların məcburi dövlət sosial ayırmaları da minimum əmək haqqıya uyğun olaraq hesablandığından 2023-cü ilin yanvar ayından etibarən hesablanan ödənişlərdə baza olaraq minimum əmək haqqı məbləğini 345 manat olaraq əsas götürməlidirlər.
Eltac Nurullazadə
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib