Kəlbəcərdə minaya düşən şəxslə bağlı Baş Prokurorluqdan açıqlama

Baş prokurorluq Kəlbəcərdə minaya düşən şəxslə bağlı cinayət işinə başlayıb. Bu barədə qurumun açıqlamasında bildirilib.
"İyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır",- açıqlamada qeyd olunub.

20:32
İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib.
Hadisə nəticəsində Sahib Əliyev xəsarət alıb.
Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib