Dağıstanda Heydər Əliyevin heykəli qoyulacaq

Mahaçqalanın mərkəzində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin abidəsi qoyulacaq. Bu barədə TACC agentliyi Mahaçqala şəhər administrasiyasına istinadan yazıb.
"Mahaçqala ərazisində, Şamil prospekti ilə Maqomed Yaraqski küçəsinin kəsişməsində görkəmli sovet və Azərbaycan siyasətçisi Heydər Əliyevin abidəsinin ucaldılması planlaşdırılır", - məlumatda deyilir.
Bildirilib ki, hazırda abidənin təklifləri üzərində son işlər gedir.
Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olub. 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışıb. 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti oldu və 2003-cü ildə vəfatına qədər bu vəzifəni icra edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























