• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil nazirliyi Yapon səfirliyinə İmişlidə bağça tikməsinə icazə vermir

Təhsil nazirliyi Yapon səfirliyinə İmişlidə bağça tikməsinə icazə vermir
14.07.2023 11:26
Təhsil Nazirliyi İmişlidə Yapon səfirliyinin bağçanı bərpa etməsinə icazə vermir. Bunu deputat Razi Nurullayev deyib. 


O bildirib ki, Yapon səfirliyi 80 milyon pul ayırsa da bağçanı tikmək olmur. 

"İmişlinin Xəlfəli kəndinin uşaq baxçası bərbaddan da bərbad gündədir. Yapon səfirindən də xahiş etdik. Onlar o baxçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Təhsil nazirliyi deyir ki, tikilən baxçalar gərək Nazirlər kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki, baxça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun baxça tiksinlər. Təhsil nazirliyinin aidiyyatı şöbəsi ilə danışdım, xeyri olmadı, nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq”, - deputat iyulun 14-də Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı bildirib. 


Deputat söyləyib ki, bundan sonrakı 10 ildə də uşaqlar bərbad və acınacaqlı bağçada təlim-tərbiyə almağa davam edəcəklər.


Deputat vurğulayıb ki, Təhsil Nazirliyi və bir necə aiddiyatı qurumlar ölkə reallığından bir əsr arxada qalıb. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol